Sağlam həyat
Maraqlı

Sağlam həyat

Üzüm istehlakı dərini ultrabənövşəyi şüalardan qoruyur

Birmingham Alabama Universitetinin Dermatoloji bölməsinin tədqiqatçılarının araşdırmaları göstərir ki, üzüm istehlakı dərini ultrabənövşəyi şüalardan qoruyur.

Yeni araşdırmaya görə, üzümdə olan polifenollar ultrabənövşəyi fotoproteksiyaya səbəb olan əsas birləşmələrdir. Üzüm polifenollarına flavanollar, (kataeşin, epikateşin proantosiyanidlər) stilben birləşmələri(resveratrol) ellagik turşusu daxildir. Bu tərkib hissələrinin çoxu dəriyə antineoplastik təsir göstərir.

Sınaqlara 19 yaşından yuxarı hər növ dəriyə malik könüllülər cəlb olunub. İştirakçılara gündə 75 qram qurudulmuş üzüm verilib. Nəticələr dərinin təbii qorunmasında 74,8 faiz artımla üzümün faydalı təsirlərini ortaya qoyub. Bu faydalara dəri iltihabının inhibisiyası DNT zədələnməsi daxildir.

Araşdırmalar üzüm toxumundan hazırlanan ekstraktın dəridə günəş yanığının qarşısını ala biləcəyini göstərib. Bundan əlavə, alimlər ilkin nəticələrə əsaslanaraq üzümün dəri xərçənginin müalicəsində faydalı ola biləcəyini söyləyirlər.

Üzüm istehlakıyeməlibir günəş kremi rolunu oynaya bilər. Bu, üzümlərin günəşdən qoruyucu krem əvəzinə istifadəsi anlamına gəlir. Ancaq buna baxmayaraq bu sahədə daha çox araşdırma aparmağımız vacibdir”-deyə, Alabama Universitetinin Dermatoloji Bölməsinin dermatoloqu Allen Oak bildirib.

MəqaləScience Newsveb saytında yayımlanıb.

 

Balıq yağı əlavələri ürək ritminin pozulmasına gətirib çıxarır

Avropa Kardioloji Cəmiyyətinin (ESC) “European Heart Journal-Cardiovaskular Pharmacotherapyjurnalında dərc edilən araşdırmadaOmeqa-3” əlavələrinin qəbulu yüksək qan lipidləri olan insanlarda atrial fibrilyasiyanın inkişaf etmə ehtimalının artması ilə əlaqələndirilir.

Klinik tədqiqat, “Omeqa-3” yağlarının ürək ritminin pozulması ilə müşayiət olunan atrial fibrilyasiya xəstəliyinə səbəb olacağını irəli sürür. Alimlər bu xəstəliyi olan insanların insult keçirmə riskinin beş qat daha yüksək olduğunu iddia edirlər.

Tədqiqatçılar müxtəlif dozalardaOmeqa-3” yağlarının tərkibini sınaqdan keçiriblər. Bu səbəbdən müəlliflər balıq yağları ilə atrial fibrilyasiya riskinin əlaqəli olub-olmadığı sualına cavab tapmaq üçün hərtərəfli meta-analiz aparıblar.

AnalizOmeqa-3” əlavələrinin ürək-damar sisteminə təsirlərini araşdıran 5 cür tədqiqatı əhatə edib. Sınaqlara cəlb edilmiş, ürək xəstəliklərindən əziyyət çəkən digər kateqoriyaya bölünmüş sağlam könüllülərə 15 gün ərzində gündə 1 dəfə 0, 84 qram balıq yağı verilib. Nəticədə sağlam şəxslərlə müqayisədə xəstələrdə atrial fibrilyasiya riskinin əhəmiyyətli dərəcədə artması müşahidə olunub.

Araşdırmamız balıq yağı əlavələrinin ürək-damar riski yüksək olan şəxslərə həkim məsləhəti olmadan, reseptsiz almamağı tövsiyə edir”-deyə, Virgin Birlik Universitetinin tədqiqatçısı Salvatore Carbone bildirib.

 

Alimlər şirniyyata olan həvəsin necə yarandığını öyrəniblər

Amerikalı tədqiqatçıların araşdırmalarına görə, istehlak edilən şəkər, sinir bağlantısı ilə bağırsaqdan siqnal göndərərək, beləcə beyinə kök atır şəkər istəyini artıran xüsusi neyronları aktivləşdirir.

Şəkərin şirin dadını beyinə siqnal göndərən ağızdakı dad reseptorları qəbul edir bağırsağa daxil olaraq, vaqusun sinir hüceyrələrini aktivləşdirir. Beləliklə, beyin kökünə siqnal göndərərək orada xüsusi neyronları hərəkətə gətirir. Tədqiqatçıların araşdırmalarına görə, bu reaksiya ancaq dad hissi ilə deyil, şirniyyat istehlakının artması istəyi ilə meydana gəlir.

Süni bir dadlandırıcı bağırsaq-beyin oxunun siqnal yolunu aktivləşdirə bilməz. Yeni araşdırmalar həddindən artıq şəkər istehlakına qarşı terapiyanın inkişafına kömək edə bilər. Çox bənzər bir ləzzət olsa da, beyin şəkərli içki ilə süni dadlandırıcını fərqləndirirdeyə, Kolumbiya Universitetinin professoru Enirikotan bildirib.

İndi tədqiqatçılar bağırsaq beyin arasındakı sinir bağlantısının şəkərəbənzər süni deyil, digər dadlandırıcılara reaksiyasını aşkar ediblər.

Elm adamları siçanlar üzərində apardıqları təcrübələrdə maraqlı bir faktın şahidi olublar. Tərkibində acesulfame-k süni dadlandırıcı olan su heyvanlara verilib. Əvvəlcə onlar heç bir reaksiya verməsələr , iki gündən sonra açıq şəkildə şəkərli suya tələbat özünü göstərib. Təəccüblüdür ki, ağızlarında şirin dad reseptorları olmayan genetik cəhətdən dəyişdirilmiş siçanlar şəkərin dadını bilməsələr şəkər ehtiva edən suya üstünlük veriblər. Təcrübələr göstərib ki, şəkər ağızdan alınmasa belə, birbaşa bağırsağa daxil olsa da neyronlar şəkərə qarşı reaksiya verir, vaqus siniri vasitəsilə beyinə ötürülür.

Tədqiqatçılar bağırsaq beyin arasındakı siqnal ötürülməsinin etibarlı bir mexanizm olduğunu düşünürlər. Eyni metodla bağırsaq-beyin oxunun digər qida maddələrinə qarşı reaksiyasını da bilmək elm adamları üçün böyük maraq kəsb edir. Alimlər həddindən artıq şəkər istehlakına qarşı çıxa biləcək yeni dadlandırıcıların inkişaf etdirilməsinin mümkün olduğunu düşünürlər.

Tədqiqat işiMirrorjurnalında dərc edilib.

 

Vegeterianların ət yeyənlərdən daha sağlam biomarkerləri var

Glasgov Universitetinin tədqiqatçılarınınAdvances in Nutritionjurnalında yayımlanan araşdırmalarına görə, vegeterianlarda ət yeyənlərlə müqayisədə hüceyrələrin zədələnməsində xroniki xəstəliklərə səbəb ola biləcək daha az biomarkerlər var.

Biomarkerlərbioloji proseslərin obyektiv ölçülən xüsusiyyətləridir. Qan nümunələri, yaxud yumşaq toxumalardan istifadə edilərək tez-tez ölçülür qiymətləndirilir.

Biomarkerlər sağlamlığa mənfi, yaxud müsbət təsir göstərə bilər, xərçəng, ürək-damar, yaşla əlaqəli digər xroniki xəstəlikləri təbliğ edir. Pəhrizlərin sağlamlığa təsirini qiymətləndirmək üçün geniş istifadə olunur”-deyə, tədqiqat müəllifi Celis Morales bildirib.

Tədqiqatçılar pəhriz seçiminin qan digər nümunələrdə xəstəlik göstəricilərinin səviyyəsində bir dəyişiklik yarada biləcəyini anlamaq üçün İngiltərə Biobankının 177. 723 nəfər sağlam iştirakçılarının (37-73 yaş arası) analiz məlumatlarını təhlil ediblər. Sınaq iştirakçıları iki kateqoriyaya bölünüb. Onlardan yarısı vegeterianlar, digəri isə ət istehlak edənlər olub. Qan digər nümunələrlə yanaşı yaş, cinsiyyət, etnik mənsubiyyət, obezlik, siqaret çəkmə alkoqol qəbulu da daxil olmaqla potensial təsirli amillər hesaba alındıqdan sonra vegeterianlarda digər kateqoriyaya aid edilən iştirakçılarla müqayisədə daha az xəstəlik biomarkerləri ortaya çıxıb.

Qida rasionundakı dəyişikliklər insanlarda xroniki qeyri-infeksion xəstəliklərə (piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, insultlar xərçəngin bəzi növləri) səbəb olur vaxtından əvvəl ölümlə nəticələnir. Tapıntılarımız sayəsində sağlam qida təbliğatına dair yeni-yeni yanaşmalar əldə edəcəyimizə ümid edirik”- deyə, tədqiqat müəllifi qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

Respublika”.