Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub

Avqustun 6-sı saat 19:05-də, 23:30-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AZƏRTAC