Faktlar və rəqəmlər
Maraqlı

Faktlar və rəqəmlər

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində daşınmış yüklərin həcmi        

2021-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton/km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3 faiz və 2,0 faiz azalma müşahidə olunmuşdur. Yüklərin 11407,0 min tonu və ya 56,1 faizi avtomobil nəqliyyatı, 6598,6 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 2319,6 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 faizini və ya 4652,6 min tonunu tranzit yüklər təşkil etmişdir.

 

Yanvar-iyun aylarında avtomobil yollarında 756 yol-nəqliyyat hadisəsi baş verib          

2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olmuşdur. Onlardan 290-ı həlak olmuş, 698-i isə yaralanmışdır. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olmuşdur.

Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

 

İstehlak bazarında qiymətlərin dəyişməsi

2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz təşkil etmişdir. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,0 faiz təşkil etmişdir.

Bu ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,4 faiz təşkil etmişdir. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın və s. qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,8 faiz təşkil etmişdir.

“Respublika”.