TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, bundan sonra “Satınalan təşkilat” adlanacaq, potensial iddiaçıları aşağıdakı malların təminatı üçün öz təkliflərini təqdim etməyə dəvət edir

Lot 1. Qobustan rayonunda inşa olunan Heyvandarlıq Nümayiş Kompleksinin xarici su təchizatı

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

(Əlaqələndirici şəxs: Kamil Şirinov, telefon:493-89-04)

İştirak haqqı:

Lot 1 - 150 manat

Ödəniş etender.gov.az saytından ödənilir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

11.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

12.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; müvafiq vergi orqandan arayış;

13.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

14.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

15.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

16.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

17.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

18.Yüklülük barədə arayış;

19.Lisenziyanın surəti;

20.Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaqları haqqında arayış.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-09-01 saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-09-09 saat 18:00 qədər etender.gov.az ünvanında yerləşdirməlidir.

İddiaçıların təklifləri 2021-09-10 saat 17:00 tarixində etender.gov.az ünvanında elektron olaraq açılacaqdır.


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, bundan sonra “Satınalan təşkilat” adlanacaq, potensial iddiaçıları aşağıdakı malların təminatı üçün öz təkliflərini təqdim etməyə dəvət edir

Lot 1. Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında sahədaxili kommunikasiya xətlərinin çəkilməsi və əlavə tikinti-quraşdırma işlərinin görülməsi

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

(Əlaqələndirici şəxs: Kamil Şirinov, telefon:493-89-04)

İştirak haqqı:

Lot 1 - 150 manat

Ödəniş etender.gov.az saytından ödənilir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

2.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; müvafiq vergi orqandan arayış;

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

4.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

5.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

6.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8.Yüklülük barədə arayış;

9.Lisenziyanın surəti;

10.Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaqları haqqında arayış.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-09-01 saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2021-09-09 saat 18:00 qədər etender.gov.az ünvanında yerləşdirməlidir.

İddiaçıların təklifləri 2021-09-10 saat 17:00 tarixində etender.gov.az ünvanında elektron olaraq açılacaqdır.


Şirvan Şəhər İcra Hakimiyyəti Lot-1  2021-ci ildə “Abadlıq işlərinin” satınalınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, malların (iş və xidmətlərin) qısa müddətdə təhvil verilməsi, malgöndərənin (podratçının) aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Əlaqələndirici şəxs: Mustafayev Məharət Məhbus oğlu

Əlaqə telefonu: (021) 215 11 11

Ünvan: Şirvan şəhər İstiqlaliyyət prospekti 10

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1 “Abadlıq işlərinin” satınalınması

Maraqlananlar tenderin Əsas Şərtlər Toplusunu (ƏŞT) (ƏŞT Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba dövlət satınalmalarının vahid internet portalında “Asan ödəniş” sisteminə keçid edərək iştirak haqqını 500.00 (Beş yüz) manat məbləğində vəsaiti aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Şirvan Şəhər İcra Hakimiyyəti

13 saylı Regional Xəzinədarlıq İdarəsi

H/H: AZ27CTRE00000000000002513002

VÖEN: 2100029711

Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

SWİFT. BİK CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas Şərtlər Toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);

4.4. Vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

4.5. Malgöndərən (podratçı) tərəfindən işçilərinin sayı və lazımi texniki imkanlarının olması barədə məlumat;

4.6. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

4.7. İddiaçıların son 2 (iki) il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumat.

Malgöndərənlər (podratçılar) qeyd olunan sənədləri, öz tender təkliflərini və bank zəmanətini elanda qeyd olunan tarix və vaxta kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

LOT-1 “Abadlıq işləri” üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 03 sentyabr 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı sənədlərinin isə 13 sentyabr 2021-ci il saat 17:00-a qədər portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri 14 sentyabr 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

2021-ci il pambıq mövsümündə tədarük ediləcək xam pambığın emalından alınacaq lifli məhsulların preslənib qablaşdırılması üçün kip şal dəstinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Jalə Rüstəmova, telefon: +994 (55) 500 12 95 və ya [email protected]).

İştirak haqqı: 300.00 (üç yüz) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 300 (üç yüz) manat məbləğində iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-2021-ci ili əhatə etməli)

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)

7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş sənədin skan forması)

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)

10.Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd

11.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar (rəsmi təsdiq olunmuş sənədin surəti).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatını istisna olmaqla) 01.09.2021-ci il saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 09.09.2021-ci il saat 15:00-a qədər www.etender.gov.az Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 10.09.2021-ci il saat 15:00-da www.etender.gov.az Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün “Azərpambıq ASK” MMC-nin əməkdaşı Jalə Rüstəmovaya (tel:. +994 (55) 500-12-95, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.