Faktlar və Rəqəmlər
Maraqlı

 Faktlar və Rəqəmlər

İstehlakçılara 23 milyard manata yaxın ərzaq və qeyri-ərzaq malları satılıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artmışdır.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları almışdır.  

 

Ölkə iqtisadiyyatında  muzdla çalışan işçilər

2021-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 min nəfər və ya 0,3 faiz azalaraq 1690,6 min nəfər olmuş, onlardan 908,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 782,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

                                                             “Respublika”.