Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

 Qan köçürülərkən insanın DNT-si dəyişirmi?

Araşdırmalar göstərir ki, qan köçürülən insanlarda donorun DNT-si bir neçə gün, bəzən daha uzun müddət qala bilər, lakin bunun genetik testləri əhəmiyyətli dərəcədə dəyişdirmə ehtimalı yoxdur. Qısacası,  DNT heç vaxt yeni bir “ev”də məskən salmır.

Bəzi qan köçürmələri DNT-nin “bağışlanması”nı ehtiva edir. Yəni qan köçürmələrində bədəni infeksiyalara, xəstəliklərə qarşı qorumaqda iştirak edən və DNT ehtiva edən ağ qan hüceyrələri (leykositlər) istifadə olunur. Tipik olaraq köçürülmüş nüvəli hüceyrələrin ömrü üç, yaxud dörd həftəyə sona çatır və sonra donorun DNT-sini götürərək dalaq tərəfindən dövriyyədən çıxarılır. Lakin böyük qan köçürmələri ilə əlaqədar bu proses bəzilərində daha çox davam edir. Belə ki, araşdırmalara görə, donorun DNT-si alıcıların qanında bir il yarıma qədər yaşaya bilər. 

 

Dünyada interneti söndürmək mümkündürmü?

Bütün interneti söndürmək, dünyada hər çayın axınını bir anda dayandırmağa çalışmaq kimi olardı. Fərdi axınları bağlamaq və ya yönləndirmək olar, amma hamısını bir anda bloklamaq praktiki olaraq mümkün deyil, çünki su həmişə aşağıya doğru yeni bir istiqamət tapmağa çalışır. İnterneti söndürmək də tam olaraq bu prosesə bənzəyir.

İnternet, dövlət, kommersiya orqanları və milyardlarla fərdi şəxs tərəfindən idarə olunan nəhəng bir kompleks sistemdir. İnformasiya axını bir-biri ilə əlaqəli deyil və internet protokolu məlumatların axına doğru istiqamətlənən şəbəkə hissələri ətrafında bir “marşrut” tapması üçün xüsusi olaraq hazırlanmışdır.

Ancaq internet də tamamilə toxunulmaz deyil. 2011-ci ildə Misir inqilabı zamanı hökumət dörd milli internet xidməti təminatçısına Domen Adı Sistemini (DNS) söndürməyi və serverlərinin Sərhəd Keçid Protokolunu (BGP) dəyişdirməyi əmr etmişdi. Bu isə sadəcə ölkə daxilində və xaricində internet trafikinin qarşısını aldı.

 

Düşüncəyə nə qədər enerji sərf edirik?

İstər bədənimiz, istərsə də beynimizin enerjiyə ehtiyacı var. Bəs dərindən düşünəndə nə qədər enerjiyə ehtiyacımız olur?

Ümumiyyətlə, beynimiz ümumi enerjinin təxminən 20 faizinə ehtiyac duyur. Bu, gündə ortalama 400-500 kalori olsa da, beyinin nə qədər çalışdığına görə dəyişir. Dərin anesteziya altında beyinin təxminən 150 kaloriyə ehtiyacı var. Ancaq siçovullar üzərində edilən təcrübələr göstərir ki, dərin anesteziyadan şüurlu hala keçmək enerji tələbatını 50 kalori artırır. Oyaq olduğumuz zaman beyin funksiyalarının böyük bir hissəsi sadəcə əzələləri idarə etmək və hiss girişlərini emal etməklə məşğul olur. Təcrübələr göstərir ki, mücərrəd problemlərin həlli, beyinin IQ səviyyəsindən asılı olaraq dəyişir.

Deməli, nə qədər dərin düşünsək çətin olan bir problemə daha çox enerji sərf edərik.

 

Ulduzlar necə məhv olur?

Ulduzların ömrünün uzunluğu onların kütləsindən asılıdır. Belə ki, ulduzun kütləsi nə qədər çox olarsa, hidrogen yanacaqlarını da bir o qədər tez sərf edər. Onlar helium, karbon kimi ağır elementləri əridəcək qədər isti olur. Yanacaq tükəndikdə ulduz çökür və xarici təbəqələr partlayaraq “Supernova”ya çevrilir.

Orta ölçülü ulduzlar (Günəşin kütləsinin təxminən 1,4 qatına qədər) daha nadir hallarda məhv olurlar. Belə ki, bu ulduzlar hidrogenləri tükəndikcə qırmızı nəhənglərə çevrilərək, xarici təbəqələrini dəyişməzdən əvvəl öz nüvələrində heliumu əritməklə “planetar bulud” meydana gətirirlər. Ulduzun nüvəsi milyardlarla il ərzində soyuyan “ağ cırtdan” olaraq qalır.

 

Ət (@) işarəsi necə yaranıb?

İtalyanların “ilbiz”, hollandların isə “meymun quyruğu” adlandırdıqları ət işarəsi (@), e-poçt ünvanları və Twitter kimi hesablar sayəsində elektron ünsiyyətin əvəzolunmaz hissəsinə çevrilib. Bu işarə hətta Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına da daxildir.

Klaviaturanın ən zərif simvolunun tarixi əslində bir az müəmmalıdır. Bir nəzəriyyəyə görə, əlyazmaları kopyalayarkən qısa yollar axtaran rahiblərin olduğu ehtimal edilir. Güman edilir ki, işarə “sağ” mənasını verən latınca “ad” sözünün yerinə istifadə edilmişdir. Sonralar işarənin məlum olan istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı məktubda rast gəlinmişdir. Lapi məktubunda, İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən ət (@) işarəsindən istifadə etmişdir.

1971-ci ildə Roy Tomlinson adlı bir kompüter alimi isə bu işarənin e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. O tarixdən etibarən ət (@) işarəsi, artıq bugünkü şəkildə e-poçt hesablarında istifadə olunmağa başladı.

Hazırladı:

Elenora Həsənova,

“Respublika”.