TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu işçilərinin könüllü tibbi sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı

AÇIQ TENDER ELAN EDIR

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Satınalma predmeti Fondun işçilərinin könüllü tibbi sığortalanmasıdır. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və müvafiq sahə üzrə normativ aktların tələblərinə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 il ərzində həyata keçiriləcəkdir. 

Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi yazılı qaydada aparılacaqdır.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Təklifin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

Maliyyə amili - 80 bal: 80 bal ən aşağı qiymət verən iddiaçıya verilir, digər iddiaçıların maliyyə amili isə ən aşağı qiymət verən iddiaçının qiymət təklifi həmin iddiaçının qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir;

Zəruri texniki və keyfiyyət xüsusiyyətləri - 20 bal: xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər üzrə şərtlər 10 bal. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən iddiaçıya müvafiq meyar üzrə maksimum bal verilir.

Tender təklifinin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.

Səmərəli rəqabətin təmin edilməsi və satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.

Satınalmada iştirak etmək üçün malgöndərənlər 300 (üç yüz) manat məbləğində tenderdə iştirak haqqını Fondun aşağıdakı hesabına ödədikdən sonra Əsas şərtlər toplusunu əldə edə biləcəklər:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kod: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.İ.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərin iddiaçı kimi satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 16 sentyabr 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir:

- Satınalmada iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) surətləri;

- Satınalma təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

- İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;

- İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar;

- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam.

Satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə təkliflər Azərbaycan dilində olmalıdır. Tender təklifləri və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 24 sentyabr 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir. Hər bir iddiaçı yalnız bir təklif verə bilər. Tender təklifində onun hansı satınalma üzrə olduğu, təklifin qüvvədə olma müddəti və təklifin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.

Satınalma üzrə zərflər 27 sentyabr 2021-ci il saat 15:00-da Fondun ünvanında açılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195), Faks: (+99412) 598-11-77.

Satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.

Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.

Fond təklifləri qiymətləndirərkən və müqayisə edərkən satınalmanın əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Cari mövsüm ilində qreyferli yükləyicilər üçün ehtiyat hissələrinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon (+99455)500 12 95  və ya [email protected]).

İştirak haqqı: 500.00 (beş yüz) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 500 (beş yüz) manat məbləğində iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-2021-ci ili əhatə etməli);

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; (notarial qaydada təsdiq olunmuş sənədin skan forması);

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır.);

10.Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;

11.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar. (rəsmi təsdiq olunmuş sənədin surəti).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17.09.2021-ci il saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 27.09.2021-ci il saat 12:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 28.09.2021-ci il saat 12:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün “Azərpambıq ASK” MMC-nin əməkdaşı Jalə Rüstəmova ilə (tel. +994 (55) 500-12-95, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.