Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən 18 iyun 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş “Sürtkü materialları”nın satınalınması üzrə “Caspian Equipment Company” Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən maşın və avadanlıqların satın alınması məqsədilə 2021-ci il 17 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “Bakinity Distribution” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən elektron sənəd dövriyyəsi, şifahi müraciət və tapşırıqların idarə edilməsi, elektron hesabat sistemi və qaynar xətdən gələn müraciətlərin idarə edilməsi proqram təminatlarının satın alınması məqsədilə 2021-ci il 02 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 03 iyun tarixdə “Respublika” qəzetində dərc edilən elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, “İnfinitech” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Cənub Ərazi Baş Gömrük İdarəsi “Dəftərxana və təsərrüfat mallarının satınalınması” üçün 23.07.2021-ci il tarixində elan edilmiş açıq tender “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün tender proseduru ləğv edilmişdir.


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tenderdə bəndlər üzrə bölünmə nəzərdə tutulduğundan, tender üzrə “Autouniversal” MMC ilə 3 sentyabr 2021-ci il tarixli  AV-109/21 nömrəli və “Toyota Gəncə Mərkəzi” MMC ilə isə 3 sentyabr 2021-ci il tarixli  AV-09/21 nömrəli  satınalma müqavilələri bağlanmışdır. 


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu elan edir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna informasiya texnologiyaları üzrə konsaltinq xidmətlərinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tenderdə “Virtual Azərbaycan Qrup of Kompani” MMC ilə 6 sentyabr 2021-ci il tarixli 09/21 nömrəli satınalma müqaviləsi bağlanmışdır.