TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi Sizi, “Dəftərxana və təsərrüfat mallarının alınması üzrə” açıq tenderdə iştirak etməyə dəvət edir

Tender sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər www.etender.gov.az dövlət satınalmaların vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olaraq ətraflı məlumat əldə edə və müsabiqədə iştirak üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 100 (yüz) manat məbləğində (heç bir halda geri qaytarılmır) iştirak haqqını ödədikdən sonra tenderin “Əsas şərtlər toplusu”nu Portal vasitəsi ilə əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Emitent

Bankın adı - Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu - 210005

VÖEN - 1401555071

M/h - AZ41NABZ01360100000000003944

SWİFT - CTREAZ22

Alan - Cənub Ərazi Baş Gömrük İdarəsi

VÖEN - 4100019441

H/h - AZ25CTRE00000000000002242602

Büdcə səviyyəsinin kodu -142330 ( 7 - səviyyə)

İddiaçılar ixtisas uyğunluğu göstəriciləri ilə bağlı aşağıda qeyd edilən sənədləri və məlumatları 30 sentyabr 2021-ci il 14.00-dək Portal vasitəsilə təqdim etməlidir;

1. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olmasının sənədli sübutu;

2. İddiaçının tam adı hüquqi status, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3. Tenderdə iştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi;

4. Tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5. Tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərfin açıldığı gündən ən azı 60 gün qüvvədə olmalıdır);

6. Son başa çatmış maliyyə ilində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

7. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin cari ildə təsdiq edilmiş surəti, hüquqi şəxsin dövlət reyestrindən çıxarışının cari ildə təsdiq edilmiş surəti;

8. Hüquqi şəxsin nizamnaməsinin cari ildə təsdiq edilmiş surəti;

9. Vergilərə və digər icbari ödənişlərə, o cümlədən sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq səlahiyyətli orqanın arayışı (tender elanından sonrakı tarixə);

10. Son başa çatmış maliyyə ilində maliyyə dövriyyəsini əks etdirən və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;

11. Satınalma prosedurunun başlamasından əvvəlki 5 (beş) il ərzində özlərinin və ya işlərini idarə edənlərin, qulluqçuların peşəkar fəaliyyəti, yaxud satınalma müqaviləsinin bağlanılması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum edilməməsi, müflis elan olunmaması, əmlakı üstünə həbs qoyulmaması, ödənişə yönələn girovu olmaması, məhkəmənin qərarı ilə komersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub olunmaması barədə məlumat təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində tərtib edilməlidir (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).İddiaçı tenderlə bağlı sualları Portal və ya əlaqələndirici şəxs Rzayev Hicran (tel: 025 295 34 69) vasitəsilə satınalan təşkilata ünvanlaya bilər.

İddiaçılar tender təkliflərini Portal vasitəsilə 08 oktyabr 2021-ci il saat 14.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaqdır.

Tender təklifləri 11 oktyabr 2021-ci il saat 14.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.


Azərbaycan Tibb Universiteti 1 LOT üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Azərbaycan Tibb Universitetinin 1 saylı tədris binasının Qidalanma və kommunal gigiyena kafedrasının cari təmiri

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1: 200 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Tibb Universiteti

VÖEN: 1400457111

Hesab: AZ96AİİB38060019440137243111

Bank: Kapital Bank ASC-nin Nəsimi filialı

VÖEN: 9900003611

Kodu: 200112

M/H:

AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-1 üzrə 20.09.2021-ci il saat 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 28.09.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 29.09.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.