Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Dənizçi” MTK-nın 1-ci mərtəbəsi uşaq bağçası olmaqla yüksək mərtəbəli yaşayış binalarında su ilə yanğınsöndürmə sistemin quraşdırılmasının satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il sentyabrın 17-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Neftçilər prospekti 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası  Qanununun 49-cu maddəsinə uyğun olaraq  kotirovka sorğusu ilə “Azərbaycan Memarlıq və İnşaat Universitetində Digər malların alınması (Təhsil proqramlarının  (ZOOM) alınması)” işləri üzrə satınalınmasını həyata keçirir.

Satınalmada  iştirak  etmək  istəyənlər 23 sentyabr 2021-ci il tarixdə saat 15:00-dək  Azərbaycan Memarlıq və İnşaat Universitetinin tender komissiyasına  müraciət edə bilərlər.

Təkliflər 24 sentyabr 2021-ci  il tarixdə  saat 15:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin I saylı tədris binasının 309-cu otağında tender komissiyasında açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri  təkliflərin açılışında  iştirak edə bilərlər.

Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

Əlaqə telefonu: 538-75-07

Əlaqələndirici şəxs: Vasif Ələkbərov