Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Digər xəbərlər

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəvi şəkildə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

AZƏRTAC