Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasına (əlaqələndirici şəxs: AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin İnzibati-təsərrüfat şöbəsinin müdiri Rizvan Həsənov, telefon: (012) 497 69 41) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini zərfdə 06 oktyabr 2021-ci il tarixdə saat 16:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 07 oktyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.