TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Baş Mühafizə İdarəsi potensial imkanlara (işçi qüvvəsinə, təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri 2021-ci il ərzində dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə keçiriləcək tenderdə iştirak etmək üçün malgöndərənləri (podratçıları) öz tender təkliflərini təqdim etməyə dəvət edir.

Tender 2 Lot üzrə keçirilir:

1. Lot - dəftərxana mallarının satınalınması.

2. Lot - təsərrüfat mallarının satınalınması.

Tender iştirakçıları öz tender təkliflərini elektron portal vasitəsilə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 1-ci lot üzrə 100,00 manat, 2-ci lot üzrə 100,00 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən və tələb olunan iddiaçı sənədlərini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın əsas şərtlər toplusunu ala bilərlər. Sənədlərin təqdimi portal vasitəsilə həyata keçirilir. DİN-in Baş Mühafizə İdarəsi, ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99A, VÖEN: 1400043501, H\H: AZ81İBAZ38060029449301242207, ABB Nəsimi filialı, VÖEN: 9900001881, KOD: 805614, M\H: AZ03NABZ01350100000000002944, SWİFT: İBAZAZ2X.

İştirak haqqı heç bir halda geri qaytarılmır. Satınalan təşkilat iddiaçıların ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində, tenderin əsas şərtlər toplusunda və yaxud təkliflərin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirəcəkdir. Satınalan təşkilat hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır. Hər hansı tender təklifinin qiyməti satınalınan malların ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını rəhbər tutaraq həmin təklifi kənarlaşdıracaq. Tenderdə iştirak etmək üçün bütün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi qiymətinin 1%-i həcmində bank təminatı (tender zərflərinin açılması günündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunur;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış (müvafiq orqanlardan);

-iddiaçının son bir ilə (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının son bir ilə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- işləri yerinə yetirmək üçün analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

-iddiaçının tam adı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə, həmçinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar;

-iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər və müəssisənin nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti).

İddiaçılar tələb olunan sənədləri bir nüsxədə hazırlayıb, tenderdə iştirak etmək üçün 06 oktyabr 2021-ci il saat 12:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə 14 oktyabr 2021-ci il saat 12:00-a qədər təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri portal tərəfindən qəbul olunmayacaqdır. Tender zərflərinin açılması proseduru 15 oktyabr 2021-ci il saat 12:00-da keçiriləcəkdir. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın nəticələri ilə dövlət satınalmalarının vahid internet portalında tanış ola bilərlər. Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: Neman Əliyev - Maliyyə və təchizat şöbəsinin rəis müavini (tel.: +99450 313-06-60).

Tender “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə uyğun keçiriləcəkdir.


“AzerGold” QSC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə keçirilir:

Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisi üçün lentli konveyerlərin alınması və quraşdırılması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İxtisas uyğunluğunun müəyyənləşdirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini “AzerGold” QSC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, Əlaqələndirici şəxs: Aygül Tağıyeva, Tel. 012-505-02-02 (dax.1108), İ-V günlər, saat 09:00-dan 18:00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 800 AZN

Benefisiar: “AzerGold” QSC

VÖEN: 1403467421

Hesab nömrəsi:

AZ85PAHA38020AZNHC0190068658

Bank: “PAŞA Bank” ASC

VÖEN: 1700767721

Müxbir hesabı: AZ82NABZ01350100000000071944

SWİFT: PAHAAZ22   Kod: 505141.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak üçün müraciət ərizəsi;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5.İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

7.Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 08 oktyabr 2021-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 18 oktyabr 2021-ci il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 19 oktyabr 2021-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.


AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN TƏSƏRRÜFATHESABLI TƏCHİZAT VƏ İSTEHSALAT İDARƏSİ MÜVAFİQ DÖVLƏT PROQRAMI ƏSASINDA RESPUBLİKANIN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRİN SƏNAYE VƏ TOXUNMA MALLARININ İSTEHSALI ÜÇÜN LAZIM OLAN XAMMAL VƏ MATERİALLARIN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

1. Xammal və materialların alınması

İştirak haqqı: 400 (dörd yüz) manat

Kapital bankın mərkəzi filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/h:AZ37NABZ01350100000000001944

SWİFT.BİK AİİBAZ2XXXX

Müştəri: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi

VÖEN:1500298211

Hesab:

AZ54AİİB33010019441020220102

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun əsasında keçirilir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində təqdim olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.10. 2021-ci il saat 15:00-dək, tender təklifi və bank təminatı sənədlərini 19.10.2021-ci il saat 18:00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 20.10.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Sabirabad Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci il üçün şəhərin küçələrində abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Əliyev İlham Tahir oğlu

Ünvan: Sabirabad ş. İ.Qayıbov-39

E-mail: [email protected]

Tel: 021-235-66-74

Tender 3 (üç) lot üzrə keçiriləcək.

lot 1 - Şəhərin küçələrində abadlıq işlərinin satınalınması.

lot-2- Şəhərin küçələrində yolların əsaslı təmiri işlərinin satınalınması

lot-3-Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba

Lot 1 üzrə 90 manat

Lot 2 üzrə 80 manat

Lot 3 üzrə 70 manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri

VÖEN: 6800164641

Sabirabad rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Hesab № AZ25CTRE00000000000002513232

Bank: Dövlət Xəznədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944

SWİFT CTREAZ 22

Büdcə səviyyə kodu:  7

Büdcə təsnifat kodu: 142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2.Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı; - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır), elandan sonrakı tarixə.

4.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi; elandan sonrakı tarixə

-Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır), elandan sonrakı tarixə Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar; elandan sonrakı tarixə;

-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış; elandan sonrakı tarixə.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 20.10.2021-ci il saat 17:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz ten

der təkliflərini 28.10.2021-ci il, saat: 17:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 29.10.2021-ci il tarixində saat: 17:00-da elektron portal vasitəsilə açılacaqdır.