Bu gün COVİD-19 əleyhinə 58 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə 58 min dozadan çox peyvənd vurulub

Sentyabrın 24-də Azərbaycanda 58 min 256 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 440 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 227 min 729, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 683 min 453, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 544 min 276 nəfər təşkil edir.

AZƏRTAC