TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi tərəfindən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları üçün cihaz və avadanlıqların satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1. AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları üçün cihaz və avadanlıqların satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar 500,00 (beş yüz) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

VÖEN: 1700007431

Bank: DXA

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

H/H: AZ28CTRE00000000000004138316

Fond: 7, Büdcə təsnifatı kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçıların son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun "malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat forması"na uyğun olaraq);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;

- kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN);

- mənfəət vergi bəyannaməsi (əvvəlki ilin);

- kommersiya qurumunun mikro, kiçik və orta sahibkarlıq subyekti meyarına aid olmalı və bu barədə vergi orqanından müvafiq arayış;

- iddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: Rizvan Həsənov

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.

Telefon: (012) 497 69 41

E-mail: [email protected]

İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 22 oktyabr 2021-ci il saat 15:00-a, tender təklifini və təklifin bank təminatını isə 01 noyabr 2021-ci il saat 16:00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 02 noyabr 2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 5 fevral 2019-cu il tarixində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş evlərin bərpası və tikintisi üzrə aşağıdakı Lotlar üzrə

Təkliflər sorğusuna dəvət edir

Tender 4 lot üzrə keçirilir:

Lot 1 - Şamaxı rayonunun 1-ci Çaylı kəndində 1 ədəd, Qaleybuğurt kəndində 1 ədəd, Məlhəm kəndində 1 ədəd fərdi yaşayış evlərinin bərpası (3 ədəd)

Lot 2 - Zəlzələ nəticəsində ziyan dəymiş Şamaxı şəhərində 3 ədəd, Şamaxı rayonu, Saqiyan kəndində 1 ədəd və Kəlkəc kəndində 1 ədəd fərdi yaşayış evlərinin bərpası (5 ədəd)

Lot 3 - Ağsu rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş 1 ədəd ikiotaqlı, 1 ədəd üçotaqlı fərdi yaşayış evlərinin tikintisi (2 ədəd)

Lot 4 - Şamaxı rayonu ərazisində 8 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri (8 ədəd).

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu və iş həcmlərini Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə Agentliyin TOOBM-i (Əlaqələndirici şəxs: Dilarə Qasımova, telefon: 512-22-68) ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot 1 - 50 manat

Lot 2 - 100 manat

Lot 3 - 50 manat

Lot 4 - 50 manat

TOOBM-in bank rekvizitləri:

A1. Emitent (ödəyən bank) Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT CTREAZ22 FHN TOOBM

Xəzinə hesab kitabı: 2658301-(003272)

H/h AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond: 7

İqtisadi təsnifat: 142330

Funksional təsnifat: 1433

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, lisenziyası.

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

 Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 14/10/2021-ci il saat 10:00-a qədər Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə, (522-ci otaq) ünvanına təqdim etməlidirlər.

 Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 İddiaçıların təklifləri 14/10/2021-ci il tarixində, saat 14:30-da Füzuli küçəsi 69 ünvanında açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.