Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna çap qurğularının satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tender üzrə "Ata Texnologiya" MMC ilə 06 oktyabr 2021-ci il tarixli 10/21 nömrəli satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən mebel avadanlıqlarının alınması ilə bağlı elan olunmuş elektron açıq tender üzrə tender təklifi və bank təminatının təqdim olunması 14.10.2021-ci il saat 17:00-a qədər uzadılır. Zərflərin açılışı 15.10.2021-ci il saat 15:00-da portal vasitəsilə baş tutacaqdır.


"ASK Ayaqqabı Fabriki" MMC-nin 17 sentyabr 2021-ci il tarixində elan olunmuş müxtəlif növ ayaqqabıların satınalması üçün keçirilən kotirovka sorğusunun qalibi "Elmanado" MMC olmuş və 48882.09 AZN (ƏDV daxil) məbləğdə müqavilə bağlanmışdır.


"Azərpambıq ASK" MMC tərəfindən Xam pambığın daşınması xidmətinin satın alınması üçün elan edilən elektron açıq tender metodu ilə keçirilən satınalma prosedurunun tender sənədlərinin son təqdim olunma tarixi və vaxtı 06 oktyabr 2021-ci il saat 10:00-dan 07 oktyabr 2021-ci il saat 16:00-dək, təkliflərinin və təkliflərin təminatının təqdim olunması tarixi 14 oktyabr 2021-ci il saat 16:00-dan 15 oktyabr 2021-ci il saat 16:00-dək uzadılır. Zərflərin açılması tarixi və vaxtı isə 15 oktyabr 2021-ci il saat 10:00-dan 18 oktyabr 2021-ci il saat 16:00-a dəyişdirilmişdir.