TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə Əlavə Maliyyələşdirmə

Kredit Nömrəsi 9058-AZ

Tenderdə iştiraka dəvət: Məhkəmə proseslərinin audio-video yazılışı sisteminin qurulması və bütün məhkəmələrdə məsafədən dindirilmə üçün videokonfrans şəbəkəsinin quraşdırılması

Fəaliyyətin nömrəsi B.1/3.1-M-AF-A

1. Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin vəsaitlərin bir hissəsinin Məhkəmə proseslərinin audio-video yazılışı sisteminin qurulması və bütün məhkəmələrdə məsafədən dindirilmə üçün videokonfrans şəbəkəsinin quraşdırılması işinə xərclənməsi nəzərdə tutulur. Müqavilə Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. Tender prosedurları Dünya Bankının satınalma qaydalarına uyğun olaraq həyata keçiriləcəkdir. 

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yuxarıda qeyd olunmuş fəaliyyətin icrası məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Müqavilənin icra müddəti 12 aydır. Tender iştirakçıları aşağıdakı ixtisas göstəricilərinə cavab verməlidir: 

a) oxşar funksional/texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tərtib edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində ümumi dəyəri ən azı 3 500 000,00 (üç milyon beş yüz min) ABŞ dollarına bərabər və ya ən azı birinin dəyəri 1 750 000,00 (bir milyon yeddi yüz əlli min) ABŞ dollarına bərabər bir, iki və ya üç müqavilənin olması; b) son üç il ərzində minimal orta illik dövriyyə ən azı 6 500 000,00 (altı milyon beş yüz min) ABŞ dolları və c) likvid vəsaitlərinin minimal məbləği 1 000 000,00 (bir milyon) ABŞ dollarına bərabər olması.

3. Tender Dünya Bankının "İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)" (iyul 2016-ci il, noyabr 2017-ci il və avqust 2018-ci il tarixli) təlimatlarında göstərilmiş Tender Təkliflərinə Dəvət (TTD) satınalma üsuluna uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

4. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində və ya ona bərabər olan digər sərbəst dönərli valyutada geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Şərtlər Toplusunu ingilis dilində aşağıdakı ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu Layihəsinin Əlavə Maliyyələşdirilməsi üzrə İcra Qrupu, AZ1073, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron ünvan: [email protected], [email protected] əldə edə bilərlər). Tender sənədinin pdf versiyasını aşağıdakı linkdən yükləmək olar: www.courts.gov.az

Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı

Kod: 805614

VÖEN (bank): 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S. W. I. F. T. Bik: IBAZAZ 2X

Hesab nömrəsi (ABŞ dolları):

AZ17IBAZ38190018402016559207

Hesab nömrəsi (manat):  AZ27IBAZ38090019442016559207

VÖEN: 1300286111

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

5. Tender təklifləri yuxarıda göstərilən ünvana 03 dekabr 2021-ci il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilmir.

6. Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 03 dekabr 2021-ci il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.

7. Tender təklifləri 90 000,00 (doxsan min) ABŞ dolları məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönərli valyutada bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 09.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə Əlavə Maliyyələşdirmə

"Elektron proqram təminatlarının ("e-Məhkəmə", "e-İcra" informasiya sistemləri) istifadəsi üzrə biliklərin formalaşdırılması məqsədilə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi" fəaliyyəti üzrə məsləhət xidmətləri

Kredit nömrəsi 9058-AZ

Maraqların İfadəsi üzrə Bildiriş-№B.2/3.0-MX-AF 

Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin "Elektron proqram təminatlarının ("e-Məhkəmə", "e-İcra" informasiya sistemləri) istifadəsi üzrə biliklərin formalaşdırılması məqsədilə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi" fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənməsi nəzərdə tutulur. Fəaliyyətin məqsədi Ədliyyə Nazirliyi, məhkəmə və digər ədliyyə qurumlarının əməkdaşlarının elektron proqram təminatlarından ("e-Məhkəmə", "e-İcra" informasiya sistemləri) istifadəsinə dair təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi vasitəsilə bilik və bacarıqların artırılmasıdır. Tapşırığın ehtimal olunan müddəti 27 aydır. 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər. Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət oxşar tapşırıqların həyata keçirilməsində ən azı 5 illik təcrübə, minimum 1500 nəfərdən az olmayan təlim iştirakçısı daxil olmaqla ən azı iki icra olunmuş oxşar layihə və 7 təlimçidən ibarət olan təlim heyəti haqqında məlumat təqdim etməlidir. Azərbaycanda oxşar layihələrin icrasında əvvəllər təcrübəsi olan şirkətə üstünlük veriləcəkdir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər. 

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)" ilə (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Keyfiyyət və Dəyər Seçim Üsuluna (KDSÜ) əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər. 

İştirakçılar məlumatları 2021-ci il oktyabr ayının 26-sı saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/"Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.