BİLDİRİŞ
Reklam və elanlar

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Agentliyinin tikilməkdə olan Sumqayıt yeni "ASAN xidmət" mərkəzinin informasiya texnologiyaları (kompüter və digər texniki avadanlıqlar) avadanlıqlarının satınalınması ilə bağlı elan olunmuş açıq tender üzrə sənədlərin qəbulu  15.10.2021-ci il saat 15:00-a, tender təklifi və bank təminatının təqdim olunması 25.10.2021-ci il saat 17:00-a qədər uzadılır.

Zərflərin açılışı 26.10.2021-ci  il, saat 15:00 tarixdə dövlət satınalmaları portalı üzərindən baş tutacaqdır.


"Respublika" qəzetinin 29 iyul 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsi tərəfindən 2021-ci il üçün payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının qazanxanalarında görüləcək işlərin satınalınması üzrə elan verilmiş kotirovka sorğusu müsabiqəsinin nəticələrinə əsasən "Ruslan Təmir-tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 036,94 manat məbləğində verdiyi qiymət təklifi ilə qalib elan edilmiş və həmin podratçı şirkətlə 07 oktyabr 2021-ci il tarixli 16 nömrəli satınalma müqaviləsi bağlanılmışdır.


"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti "ASK Villa", "ASK Plaza" və "ASK Arena" inzibati binalarında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin satınalınmasına dair kotirovka sorğusu keçirmişdir. Keçirilmiş kotirovka sorğusunun qalibi Azərbaycan, Bakı şəh., Binəqədi r-nu, Koroğlu Rəhimov, ev 53, mənzil 82 ünvanında yerləşən "K.M." MMC olmuşdur. Həmin şirkətlə 07.10.2021-ci il tarixində 24 000.00 AZN (iyirmi dörd min manat, 00 qəpik) məbləğində müqavilə imzalanmışdır.