TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Məmmədov Rasim

Ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi-13

Telefon: 02522 5-11-51

Tender 1 (bir)

lot üzrə keçiriləcək.

Lot 1 - Astara rayonunda yolların əsaslı təmiri işlərinin satınalınması

İştirak haqqı: 1000 manat

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 1000 (bir min) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: Astara Rayon İcra Hakimiyyəti

Dövlət Xəzinədarlığı Agentliyi

KOD: 210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ 22

24 saylı Regional Xəzinədarlıq İdarəsi

Astara Rayon İcra Hakimiyyəti

VÖEN              №3700040721

H/H: AZ86CTRE00000000000002512231

Fond: 7Y

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. İddiaçının tam adı, hüququ statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergilər Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

8. İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

İddiaçılar (podratçılar) tender təklifi və bank zəmanəti istisna olmaqla qeyd olunan sənədləri 01.11.2021-ci il saat 10.00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar (podratçılar) öz tender təkliflərini 11.11.2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 12.11.2021-ci il tarixində saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.


328 saylı Hərbi Hissə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusunun predmeti: "Puta hərbi şəhərciyində Hərbi Dəniz Qüvvələrinə məxsus 4 nömrəli yanalma körpüsünün tikintisi" işlərinin satınalınması

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 1700333371

Bank: "Kapital Bank" 1 saylı Səbail rayon filialı

Bank VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Kod: 200059

SWIFT: AIIBAZ2X

İBAN: AZ11AIIB33070019443500242105

İştirak haqqı 2000 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Malgöndərənin Tenderdə iştirak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi);

- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Tender təklifi:

- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı;

- Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- İddaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 28.10.2021-ci il tarixi saat 18:00-a qədər Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasına, telefon: (+99412) 4801760 təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 29.10.2021-ci il tarixi saat 11:00-da Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.