Azərbaycan Respublikası Dövlət Statistika KomitəsininTender Komissiyasının bildirişi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il üçün xərclər smetasının 222920 - "İstehlakyönlü müxtəlif xidmətlər" maddəsi üzrə Lot 1 - Sənədlərin cildlənməsi və tikilməsi işlərinin satın alınması və Lot 2 - Yanğınsöndürən balonların tozşəkilli quru kimyəvi maddə ilə doldurulması üzrə xidmətlərin satın alınması məqsədilə 2021-ci il avqustun 23-də elan olunmuş kotirovka sorğusu prosedurunun nəticələrinə görə birinci lot üzrə fiziki şəxs Quliyev Xalid Aydın oğlu, ikinci lot üzrə isə "Red Line" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onlarla satınalma müqavilələri bağlanmışdır.
"BAKLİFT-2" İXTİSASLAŞDIRILMIŞ İSTEHSALAT İDARƏSİ tərəfindən 22 avqust 2021-ci il tarixində elan verilmiş, lift ehtiyat hissələrinin satın alınması məqsədilə keçirilən elektron tenderin qalibi "SVORD.A.A.SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. "SVORD.A.A.SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 06 oktyabr 2021-ci il tarixində 249861.76 AZN (İki yüz qırx doqquz min səkkiz yüz altmış bir manat, 76 qəpik) məbləğində müqavilə bağlanmışdır.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun işçilərinin könüllü tibbi sığortalanması xidmətlərinin satın alınması ilə bağlı açıq tender başa çatmışdır. Tender üzrə "Qala Sığorta" ASC ilə 14 oktyabr 2021-ci il tarixli 10/21 nömrəli satınalma müqaviləsi bağlanmışdır.