TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir:

LOT-1. Bərk inventarların satınalınması.

LOT-2. Maşın və avadanlıqların satınalınması.

LOT-3. Tikililərdə cari təmir işlərinin satınalınması.

LOT-4. Digər kommunal xidmətlər üzrə kommunal xətlərinin çəkilişi və bərpası işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT 1 üçün 150 (bir yüz əlli) manat məbləğdə, LOT 2 üçün 100 (bir yüz) manat, LOT 3 üçün 150 (bir yüz əlli) manat, LOT 4 üçün 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqının ödənilməsi yalnız "Asan Ödəniş" vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak üçün dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına daxil olduqdan sonra müsabiqədə iştirak etmək olar.

Müəssisənin adı: "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ

Müəssisənin VÖEN-i :3000100721

Müəssisənin hesab nömrəsi :

AZ28İBAZ38060019446216543266

Alan Bank: Beynəlxalq Bankın Şəki filialı

Bankın VÖEN-i: 9900001881

Bankın kodu: 805410

Bankın SWIFT kodu: İBAZAZ2X

Bankın müxbir hesabı:

AZ03NABZ01350100000000002944

Ünvan: Şəki, Z.Əliyeva 177.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinə malın qiymətindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər əlavə edilərək ayrıca göstərilməlidir.

-tender təklifi dəyərinin 1 faizi hə

cmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi, etibarlığı barədə məlumatlar;

-son bir il ərzində yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.11.2021-ci il saat 18-00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 22.11.2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 noyabr 2021-ci il saat 18.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. Əlaqələndirici şəxs satınalma üzrə mütəxəssis - Məmmədov Asim Aydın oğlu; tel: 050 304 04 15

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.