“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 260-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddələr 282, 293; 2001, № 12, maddə 731; 2003, № 10, maddə 539; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561; 2008, № 7, maddə 602; 2016, № 11, maddə 1764; 2019, № 5, maddə 797; 2020, № 7, maddə 826; 2021, № 6 (I kitab), maddə 536; Azərbaycan Respublikasının 2021-ci il 11 iyun tarixli 345-VIQD nömrəli və 22 iyun tarixli 350-VIQD nömrəli qanunları) 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 sentyabr 2021-ci il