Bildiriş
Reklam və elanlar

Bildiriş

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "VL 10 və VL 11 seriyalı lokomotivlər üçün ehtiyat hissələrinin" satın alınması ilə əlaqədar 30 sentyabr 2021-ci il tarixdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti artırılaraq 05 noyabr 2021-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətinin təqdim edilməsi 11 noyabr 2021-ci il 17:00-dək nəzərdə tutulmuşdur. İddiaçıların təklif zərfləri 12 noyabr 2021-ci il tarixdə, saat 11:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: aparıcı mütəxəssis Nilufər İsmayılova, tel: 012-499-73-54, 012-499-74-50.


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2021-ci il üçün elektrik, rabitə, su və digər kommunal xətlərinin çəkilməsi üçün mal materialların satın alınmasına görə keçirilmiş kotirovka sorğusunda "Enginics" MMC qalib gəlmiş və 19.10.2021-ci il tarixdə həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində bədii tərtibat işlərinin satınalınması üzrə sənədlərin qəbulu 27.10.2021-ci il saat 11:00, tender təklifi və bank təminatının təqdim olunması 04.11.2021-ci il saat 17:00 tarixə müəyyən olunmuşdur.

Zərflərin açılışı 05.11.2021 tarixdə, saat 11:00-da portal vasitəsi ilə həyata keçiriləcəkdir.