Azərbaycanın müdafiə naziri NATO-nun nümayəndəsi ilə görüşüb
Siyasət

Azərbaycanın müdafiə naziri NATO-nun nümayəndəsi ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə minnətdarlığını bildirən Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq, Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, bu məqsədlə də qardaş ölkənin Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Vətən müharibəsində Qələbəyə görə təbriklərini çatdıran professor E.Afyoncu hərbi təhsil sahəsində təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edərək, bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC