Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi (PHŞ) kotirovka üsulu ilə Əsas fondlara (isitmə sistemi-qazanxana, soyutma sistemi-çiller, nasosxana, yanğın hidrofonu) göstəriləcək xidmət haqqı işlərinin görülməsi üçün kotirovka sorğusu keçirir.

Kotirovkada iştirak etmək üçün aşağıdakı tələblər nəzərdə tutulmuşdur:

1. İddiaçılar hüquqi sənədlərini (Nizamnamə, VÖEN və Reestrdən çıxarışı) notarial qaydada təsdiq etməli və təklifə əlavə edilməli;

2. Bank çıxarışı (bir illik dövriyyə 2021-ci il üçün);

3. Bank rekvizitləri (Bankın rəsmi blankında);

4. Azərbaycan Respublikasında Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış təqdim olunmalı;

5. İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd təqdim edilməli;

6. Zərflərin açılışında iştirak etmək istəyən iddiaçılar, müəssisəni təmsil edən qanuni təmsilçi şəxsiyyəti təsdiq edən sənədlə, müəssisəni təmsil edən nümayəndə isə "Etibarnamə" məktubu və şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalı.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 28.10.2021-ci il tarixindən 16.11.2021-ci il, saat 12:00 dək qəbul olunur.

Zərflərin açılışı 17.11.2021-ci il tarixində saat 12:00 da olacaq

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı 17D

Əlaqə telefonu: (012) 565-30-67 Əlaqələndirici şəxs Məlikov Z.A.