Xatirə turniri
Region

Xatirə turniri

Bu günlərdə Atakişili kənd tam orta məktəbində Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Kərimov Zaur Saleh oğlunun ildönümünə həsr edilmiş idmanın voleybol növü üzrə xatirə turniri keçirilib.

Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Turnirin yekun nəticələrinə görə Atakişili kənd tam orta məktəbinin voleybol komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin voleybol komandası II yerə, Xırdapay kənd tam orta məktəbinin voleybol komandası III yerə layiq görüldülər.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar Kürdəmir Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırıldılar.

                            Tofiq HÜSEYN,

                           “Respublika”.