"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Dəniz Nəqliyyat Donanması üçün ehtiyat hissələrinin satınalınması məqsədilə
AÇIQ MÜSABİQƏ ELAN EDİR
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 15 noyabr 2021-ci il saat 17:00-dəkdir.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: AZ1003, Bakı şəhəri Neftçilər prospekti, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1171.