TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Tibb Universiteti 1 LOT üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot - 1. "Azərbaycan Tibb Universitetinin  Vətən uğrunda şəhid olmuş tələbə və məzunların  xatirə abidəsinin" inşası

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1: 130 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Tibb Universiteti

VÖEN: 1400457111

Hesab: AZ96AIIB38060019440137243111

Bank: Kapital Bank ASC Nəsimi filialı

VÖEN: 9900003611

Kodu: 200112

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı,  hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı,  hüquqi statusu, nizamnaməsi,  qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-1 üzrə 10.11.2021-ci il saat 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 18.11.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.11.2021-ci il 15:00-da elektron portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci ildə küçələrin əsaslı təmir işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Tender 1 LOT üzrə aparılır:

LOT-1. Şirvan şəhgərində "Küçələrin əsaslı təmiri"

Tender İştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

 Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs Elsevər Quliyev telefon (021)215-32-88. Ünvan Şirvan şəhəri İstiqlaliyyət prospekti-12

Tenderdə iştirak etmək istəyənlər dövlət satınalmalarının vahid internet portalında "Asan ödəniş" sisteminə keçid edərək iştirak haqqını aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portal üzərindən əldə edə bilər.

İştirak haqqı:

LOT- 1 - 300 (üç yüz) manat

Təşkilat: Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

13 saylı Regional Xəzinədarlıq İdarəsi

Hesab №-si AZ52CTRE00000000000002513037

 VÖEN: 2100568691

 Bank: Dövlət Xəzinədarlığı Agentliyi

 Kodu: 210005

 VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışlar tender komissiyasının adına olmalıdır);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (Forma 1, Forma 2);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının gördüyü anoloji işlər haqqında məlumat;

- tender təkilifi (zərflər açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Digər sənədlər, o cümlədən maddi texniki bazası, maşın, mexanizm və digər texnikanın mövcudluğu.

Sənədlər azərbaycan dilində tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri azərbaycan dilinə tərcümə olunmalıdır.

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

LOT-1 "Yolların əsaslı təmiri" üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 02 dekabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 10 dekabr 2021-ci il saat 17:00-dək portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.

Tender təklifləri 13 dekabr 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.