TENDER  ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Memarlıq və İnşaat Universiteti

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Memarlıq və İnşaat Universiteti "Azərbaycan Memarlıq və İnşaat Universitetində maşın və avadanlıqlar" işləri üzrə tender elan edir.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə tender təkliflərini elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərində təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarna malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) AZN məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas Şərtlər toplusunu elektron portaldan (etender.gov.az) əldə edə bilərlər (Əlaqələndirici şəxs: V.R.Ələkbərov, telefon: 538-75-07)

İştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ünvan: AZ1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

VÖEN: 1300430721

 H/h: AZ36AIIB33070019443307889103

Kapital Bank Yasamal filialı

KOD - 200037, VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

 S.W.I.F.T.AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün elektron müraciət;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə qalmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- Son 1 (bir) il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1(bir) il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 08.12.2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini 16.12.2021-ci il saat 15:00-a qədər elektron portala (etender.gov.az) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 17.12.2021-ci il saat 15:00-da elektron qaydada (etender.gov.az) açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.


"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Cari mövsüm ilində 12 rayon üzrə stasionar yanacaqdoldurma stansiyalarında yanacaqpaylayıcı qurğuların dəyişdirilməsi və yanacaq çənlərinin təmiri xidmətlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Samir Rüstəmov, telefon: +994 (55) 500 17 90 və ya [email protected]).

İştirak haqqı: 600.00 (altı yüz) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 600 (altı yüz) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-2021-ci ili əhatə etməli);

6. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

7. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş sənədin skan forması);

9. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

10. Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd;

11. İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar. (rəsmi təsdiq olunmuş sənədin surəti);

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17.11.2021-ci il saat 14:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 25.11.2021-ci il saat 14:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 26.11.2021-ci il saat 14:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Samir Rüstəmov ilə (tel.: +994 (55) 500-17-90, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.