TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bakımənzilavtomat İxtisaslaşdırılmış İstehsalat İdarəsi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Lift ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və 100 (yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 2021-12-14 saat 12:00 tarixə kimi Tender Komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2021-12-22 saat 15:00 qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 2021-12-23 saat 12:00-da elektron portal vasitəsilə açılacaqdır.


AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN TƏSƏRRÜFATHESABLI TƏCHİZAT VƏ İSTEHSALAT İDARƏSİ MÜVAFİQ DÖVLƏT PROQRAMI ƏSASINDA RESPUBLİKANIN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRİN SƏNAYE MƏHSULLARININ İSTEHSALI VƏ XALÇA TOXUNMASI ÜÇÜN MAL-MATERİALIN SATINALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

1: Xammal və materialların alınması.

İştirak haqqı: 400 (dörd yüz) manat.

Kapital bankın mərkəzi filialı kodu: 200026

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK AİİBAZ2XXXX

Müştəri: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfathesablı Təchizat və İstehsalat İdarəsi

VÖEN: 1500298211

Hesab: AZ54AİİB33010019441020220102

Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14.12.2021-ci il saat 15:00-dək, tender təklifi və bank təminatı sənədlərini 22.12.2021-ci il saat 17:00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.12.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.