TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Tibb Universiteti 2022-ci il üçün 2 LOT üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot - 1 "Azərbaycan Tibb Universitetinin tədris və yataqxana binalarının fasadlarında yararsız dekorativ elementlərinin yenisi ilə əvəzlənməsi və həyətyani sahəsinin abadlaşdırılması".

Lot - 2 "Azərbaycan Tibb Universitetinin Mühafizə xidməti".

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1 :200 AZN

Lot 2 :600 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Tibb Universiteti

VÖEN: 1400457111

Hesab: AZ96AIIB38060019440137243111

Bank: Kapital Bank ASC Nəsimi filialı

VÖEN: 9900003611

Kodu: 200112

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-1 üzrə 06.12.2021-ci il saat 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 14.12.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 15.12.2021-ci il saat 15:00-da açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-2 üzrə 06.12.2021-ci il saat 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 14.12.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 15.12.2021-ci il saat 16:00-da açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.