Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Məktublar

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 25 noyabr, 2021-ci il