Müqavilələrin icrası və mübahisələrin həlli ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib
İQTİSADİYYAT

Müqavilələrin icrası və mübahisələrin həlli ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi İşçi qrupunun dekabrın 14-də videokonfrans formatında növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsin nümayəndələri qatılıblar.

İclasda İşçi qrupunun əvvəlki iclaslarının protokollarına əsasən qərara alınmış tədbirlərin və 2021-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti, 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.

Tədbirdə səsləndirilmiş təkliflər əsasında Fəaliyyət Planının layihəsinin təkmilləşdirilməsi qərara alınıb.

AZƏRTAC