TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri"nin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tarix: 22 dekabr 2021-ci il.

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot 1: "Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri"nin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, lot üzrə öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Şahbazi Səkinə Qəhrəman qızı.

Ünvan: Bakı şəhəri, Az 1029 Bakı şəh., Nərimanov rayonu, Ziya Bünyadov 111.

Əlaqə nömrəsi: Telefon: (+99412) 4044120 (daxili: 2189), Faks: Email: [email protected].

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqı:

Lot 1: 3000 (üç min) manat.

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Mərkəz filialı

Filialın Kodu: 200026

VOEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Müxbir hesabı:

AZ37NABZ01350100000000001944

Benefisiarın adı: BAKI NƏQLİYYAT AGENTLİYİ PUBLİK HÜQUQİ ŞƏXS

Benefisiarın hesabı:

AZ88AIIB38050029440426051102

VOEN: 1503112971

Ünvan: Ziya Bünyadov prospekti 111

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşğıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,;

2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi),

3. Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

4. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnamənin notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

5. Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış - Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir;

7. İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti- 2020-ci il üzrə (vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - 30.11.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir;

9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə aidiyyəti qurumdan alınmış sənəd - arayış;

10. Aşağıdakı aidiyyəti sənədlər:

- İddiaçının son 3 (üç) ildə analoji iş üzrə təcrübəsinin olması haqqında məlumat;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

- İddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunmuş məbləğ.

11. Tender təklifləri zərflər açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü müddətində qüvvədə qalmalıdır.

12. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 otuz bank günü çox olmalıdır).

13. Podratçının müəyyən etdiyi digər sənədlər.

Qeyd: Xarici şirkətlər tender prosedurunda iştirak etmək istədikdə, onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədləri təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03.02.2022-ci il 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.02.2022-ci il 12:00 qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 14.02.2022-ci il 12:00 tarixində Bakı Nəqliyyat Agentliyinin iclas zalında açılacaqdır.