“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan
Məktublar

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Yunanıstanda yaşayan azərbaycanlı icma adından Sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, müvəffəqiyyətlər arzulayıram.

Cənab Prezident, Siz həm döyüş meydanında, həm də siyasi arenada zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 gün ərzində azad edən, ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan, böyük sərkərdəsiniz.

Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə də təbrik edirəm. 2022-ci ilin xalqımız, dövlətimiz üçün xeyirli və uğurlu olmasını diləyirəm.

Hörmətlə, 

Rəşid Məmmədov

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri