Bildiriş
Reklam və elanlar

Bildiriş

"Azərbaycan Milli Ensiklopediyası" Azərbaycan Milli Ensiklopediyasının 10-cu cildinin nəşr edilməsi işlərinin satınalınması ilə əlaqədar 14 dekabr  2021-ci il tarixində keçirilmiş təkliflər sorğusunun nəticəsində qalib olmuş "ŞƏRQ-QƏRB" ASC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.


"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işlərinin satın alınması üzrə elan olunmuş açıq tenderin əsas şərtlər toplusunda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə uyğun olaraq edilmiş dəyişikliklərə əsasən tender təkliflərinin verilməsinin son müddəti 1 fevral 2022-ci il saat 15:00 və tender təklifi zərflərinin açılışı vaxtı 2 fevral 2022-ci il saat 15:00 müəyyən edilmişdir.