TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Drezinlərin daşınması xidmətlərinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC-nin "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

- Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 08 fevral 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əməkhaqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminat  (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 14 fevral 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat Departamentinə (Satınalma şöbəsi, 7-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54;  e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 15 fevral 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti və xidmətlərin icra müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri"nin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Təkrar elan:

Tarix: 22 dekabr 2021-ci il.

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot 1: "Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri"nin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, lot üzrə öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Şahbazi Səkinə Qəhrəman qızı.

Ünvan: Bakı şəhəri, Az 1029 Bakı şəh., Nərimanov rayonu, Ziya Bünyadov 111.

Əlaqə nömrəsi: Telefon: (+99412) 4044120(daxili: 2189), Faks: Email: [email protected].

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqı:

Lot 1: 3000 (üç min) manat.

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Mərkəz filialı

Filiahn Kodu: 200026

VOEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Müxbir hesab AZ37NABZ01350100000000001944

Benefisiarın  adı: BAKI NƏQLİYYAT AGENTLİYİ PUBLİK HÜQUQİ ŞƏXS

Benefisiarın hesabı: AZ88AIIB38050029440426051102

VOEN: 1503112971

Ünvan: Ziya Bünyadov prospekti 111

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşğıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi);

3. Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

4. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnamənin notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

5. Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2021 və ya 2022-ci ildə təsdiq edilmiş surəti;

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir;

7. İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. 2020-ci il üzrə (vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. 30.11.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir;

9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə aidiyyəti qurumdan alınmış sənəd - arayış;

10. Aşağıdakı aidiyyəti sənədlər:

- İddiaçının son 3 (üç) ildə analoji iş üzrə təcrübəsinin olması haqqında məlumat;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

- İddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunmuş məbləğ.

11. Tender təklifləri zərflər açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü müddətində qüvvədə qalmalıdır;

12. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 60 altmış bank günü çox olmalıdır);

13. Podratçının müəyyən etdiyi digər sənədlər.

Qeyd: Xarici şirkətlər tender prosedurunda iştirak etmək istədikdə, onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədləri təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03.02.2022-ci il 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.02.2022-ci il 12:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 14.02.2022-ci il 12:00 tarixində Bakı Nəqliyyat Agentliyinin iclas zalında açılacaqdır.


"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Dizel yanacağının "Azneft" İB Bakı Neft Bazasından "Azərpambıq ASK" MMC-nin bölgələrdəki zavod və məntəqələrinə daşınması xidmətinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon: +994 (55) 500 51 12  və ya [email protected]).

İştirak haqqı: 350.00 (üç yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 350.00 (üç yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

2. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

4. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

5. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; (notarial qaydada təsdiq olunmuş sənədin skan forması);

7. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

8. İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar (rəsmi təsdiq olunmuş sənədin surəti);

9. Dizel yanacağının daşınma hüququnu təsdiq edən sənədlərin olması;

10. Daşınma marşrutlarının FHN-in müvafiq strukturlarında təsdiqi;

11. Sürücülərin  təhlükəli yüklərin daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə etməyə  icazə verən şəhadətnamələrinin olması;

12. Avtonəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına icazəsi haqqda FHN-in müvafiq strukturunun şəhadətnaməsi;

13. Avtonəqliyyat vasitəsinin təhlükəli yükün daşımasını bildirən müvafiq xüsusi etiketlə nişanlanmasını təsdiq edən sənəd;

14. Avtonəqliyyat vasitəsinin yanğından mühafizə avadanlıqları ilə təminatı;

15. Avtonəqliyyat vasitəsinin DYP-də texniki baxışdan keçməsini təsdiq edən sənəd;

16. Azneft İB-nin Bakı neft Bazasından dizel yanacağının daşınma hüququnu olduğunu göstərən sənəd və bu haqqda zəmanət məktubu;

17. Avtonəqliyyat vasitəsinin GPS naviqatorla təminatı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02.02.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 10.02.2022-ci il saat 12:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 11.02.2022-ci il saat 12:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Elçin Hüseynov ilə (tel.: +994 (55) 500-51-12, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Tibbi Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin 2022-ci ildə İçməli və texniki suyun daşınması və müəssisənin su anbarına tökülməsi üzrə işlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) LOT üzrə keçirilir:

LOT-1. Texniki suyun daşınması üzrə işlərin satın alınması - 150 manat

LOT-2. İçməli suyun daşınması üzrə işlərin satın alınması - 100 manat

“TİBBİ REABİLİTASİYA MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ

VÖEN: 1200456151

Hesab No: AZ40AIIB380900C9449592961117

Kapital Bank ASC-nin Xəzər filialı

Kod: 200178

VÖEN: 1401555071

Müxbir hesab No:

AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2XXXX

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs - Cəmilə Qurbanova (telefon: 077-271-01-74)

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) Lot-1 üzrə 09.02.2022-ci il saat 11:00, Lot-2 üzrə saat 12:00-a qədər, tender təklifi və bank təminatını Lot-1 üzrə 08.02.2022-ci il saat 11:00, Lot-2 üzrə saat 12:05-ə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri Lot-1 üzrə 09.02.2022-ci il saat 11:00, Lot-2 üzrə 09.02.2022-ci il saat 12:00-da  elektron portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.