TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Tibbi Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Mühafizə xidməti.

(Əlaqələndirici şəxs: Qurbanova Cəmilə Ağasəlim qızı, telefon: (077) 2710174

İştirak haqqı:

Lot 1 - 150 manat.

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və 150 (yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Digər sənədlər:

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2022-02-02 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 2022-02-09 12:00-a qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri 2022-02-11 12:00 tarixində açılacaqdır.