TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AzerGold" QSC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 LOT üzrə keçirilir:

Geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılmasına dair işlərin satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra ödəniş sənədini və tenderdə iştirak etmək üçün rəsmi müraciət ərizəsini "AzerGold" QSC-nin Tender Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H, əlaqələndirici şəxs: Aygül Tağıyeva, tel.: 012-505-02-02 (dax.1108), I-V günlər, saat 09.00-dan 18:00-dək) təqdim etməklə Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə bilərlər.

İştirak haqqı - 1500 AZN

Benefisiar: "AzerGold" QSC  

VÖEN: 1403467421

H/h: AZ71AIIB380100C9446440000210

"Kapitalbank" ASC-nin Badamdar filialı

Bankın VÖEN-i: 9900003611

KOD: 201207

M/h: AZ37NABZ01350100000000001944 

SWİFT: AIIBAZ2XXXX

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1. Tenderdə iştirak üçün müraciət ərizəsi;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 %-i həcmində tender təklifinin təminatı (Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5. İddiaçının son bir ildəki (əgər

 daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

7. Digər müvafiq sənədlər (Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 21 fevral 2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş, imzalanmış və ikiqat zərfdə olmaqla 2 nüsxədə (əsli və surəti) 01 mart 2022-ci il saat 15:00-a qədər "AzerGold" QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender üzrə təklif zərflərinin açılışı 02 mart 2022-ci il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq, 2H ünvanında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS "YENİ KLİNİKA" PUBLİK HÜQUQİ ŞƏXSİ

BİLDİRİŞ

29 oktyabr 2021-ci il tarixində "Yeni Klinika" PHŞ tərəfindən dövlət satınalmalarının vahid internet portalı və "Respublika" qəzetində elan olunmuş, "Dəftərxana və ofis ləvazimatlarının" satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderin nəticələrinə əsasən, "NUR-E.A." MMC qalib elan olunmuş və onunla 27.12.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.