TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Xəzinədarlığın İnformasiya İdarəetmə sistemlərinin, Ani Ödəniş və Mərkəzləşdirilmiş Hesabat sistemlərinin yenilənməsi və dəstəklənməsi üzrə işlərin satınalması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 350 manat təşkil edir.

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:

AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Hesab №:

AZ33CTRE00000000000002788471

VÖEN:1302126941

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

10. Təkliflərlərin qiyməti yalnız Azərbaycan manatı ilə göstərilməlidir;

11. Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) sayı ən azı 3 (üç) olmalıdır;

12. Təklif nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar daxil olmaqla təqdim edilməlidirlər;

13. Şərtlər toplusunda verilən tələblərlə uyğun olaraq azı 3 (üç) iddiaçı tərəfindən təkliflər daxil olduğu halda Tender baş tutmuş hesab edilir;

14. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Müvafiq avtorizasiya sertifikatları istisna olmaqla bütün digər sənədlər tender komissiyasına Portal vasitəsi ilə Azərbaycan dilində təqdim edilməlidir;

15. İddiaçı tender komissiyasının qərarından, tender komissiyasının üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malikdir. Şikayətlərin verilməsi və onlara baxılması qaydası "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir;

16. Tender qalibi ilə "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq satınalma müqaviləsi bağlanacaqdır;

17. Digər sənədlər:

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış və s.) surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı suallarını Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 09 mart 2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 17 mart 2022-ci il saat 17:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 mart 2022-ci il tarixdə saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tenderlə bağlı hər bir əlavə məlumatın alınması üçün Dövlət Xəzinədarlığı Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Mehman Nəsibov ilə (012) 404-46-99 nömrəli telefon və ya [email protected] elektron ünvan vasitəsilə əlaqə saxlanıla bilər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 03 fevral 2022-ci il, saat 12:00-dan sonra əldə etmək mümkün olacaqdır.


BİLDİRİŞ

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 05 fevral 2019-cu il tarixində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə "Şamaxı rayonu Çarhan kəndində 1 ədəd iki otaqlı və 1 ədəd üç otaqlı, Muğanlı kəndində 1 ədəd ikiotaqlı fərdi yaşayış evlərinin tikintisi (3 ədəd ev)" obyekti üzrə "Dövlət satınalmaları haqqında "Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə uyğun olaraq, "Təkliflər sorğusu" üsulu ilə müsabiqə keçirir.

Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

TOOBM-in bank rekvizitləri:

A1.Emitent (ödəyən bank) Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT CTREAZ22 FHN TOOBM

Xəzinə hesab kitabı:

    2658301-(003272)

H/h AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond: 7

İqtisadi təsnifat: 142330

Funksional təsnifat: 1433

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergi

lərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı-hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, lisenziyası;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

 Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 24.02.2022-ci il tarixə, saat 10:00-a qədər Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə, (522-ci otaq) ünvanına təqdim etməlidirlər. (Əlaqələndirici şəxs: Dilarə Qasımova, telefon: 512 22 68).

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 İddiaçıların təklifləri 24.02.2022-ci il tarixində, saat 12:00-da Füzuli küçəsi 69 ünvanında açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.