Dünən Azərbaycanda COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub

Fevralın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 41 mın 214 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 3 min 178, ikinci mərhələ üzrə - 1 530, üç və daha çox doza vaksinlərin sayı 34 min 88, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 min 418-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 720 min 225, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 280 min 393, ikinci mərhələ üzrə 4 milyon 772 min 19, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 477 min 911, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 189 902.

AZƏRTAC