TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İşlər İdarəsi 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İşlər İdarəsinin Sosial xidmətlər şöbəsinin Şamaxı sektorunda mühafizə xidmətinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot-1. 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İşlər İdarəsinin Sosial xidmətlər şöbəsinin Şamaxı sektorunda mühafizə xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının yuxarıda qeyd olunmuş Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini elektron formada təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 150 (yüz əlli) manatdır.

İddiaçılar iştirak haqqını satınalan təşkilatın aşağıdakı hesabına köçürməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İşlər İdarəsi

VÖEN: 1700007431

Bank: Dövlət Xəzinədarlığı Agentliyi (DXA)

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

H/H: AZ28CTRE00000000000004138316

Fond: 7

Büdcə təsnifatı kodu: 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Tender komissiyasına elektron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

İddiaçılar haqqında tələb olunan sənədlər aşağıdakılardır:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (elandan sonrakı tarixə alınmalıdır);

- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (elandan sonrakı tarixə alınmalıdır);

- nizamnamə (notarial qaydada təsdiq olunmalıdır);

- dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmalıdır);

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (notarial qaydada təsdiq olunmalıdır);

- rekvizitlər (müvafiq bank tərəfindən təsdiq olunmalıdır);

- maliyyə vəziyyəti haqqında bank arayışı (son bir il üçün tam 12 ay üzrə olan dövrə aid olmalıdır);

- mühafizə xidmətinin göstərilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya;

- xidmətə cəlb olunacaq mühafizəçilərin xüsusi peşə hazırlığı, hüquqi, psixoloji, tibbi, əlbəyaxa döyüş və yanğına qarşı hazırlıq kurslarında iştirakına dair sertifikatı;

- mənfəət vergi bəyannaməsi (2020-ci il üzrə);

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması barədə Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (arayış) (iri sahibkarlıq subyektlərinə malik olan iddiaçılar qanunvericiliyə əsasən bu tenderdə iştirak edə bilməz);

- mühafizə xidməti üzrə təcrübə (lisenziya üzrə ən azı 3 illik fəaliyyəti olmalıdır);

- ən azı 3 (üç) dövlət qurumundan verilmiş müsbət rəy məktubu;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar (məhkumluq haqqında arayış).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata elektron qaydada ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs: Kamran Mustafayev

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.

Telefon: (012) 492 83 98

E-mail: [email protected]

İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 18 mart 2022-ci il saat 16:00-a, tender təklifini və təklifin bank təminatını isə 04 aprel 2022-ci il saat 18:00-dək Portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər Portal vasitəsilə qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 05 aprel 2022-ci il saat 16:00-da Portal vasitəsilə açılacaqdır.

Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini Portal vasitəsilə izləyə bilər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız Portal vasitəsilə elektron qaydada aparılır.


328 saylı Hərbi Hissə 

Hərbi gəmilər və yataqxanalar üçün mal-materialların satın alınmasına dair

Açıq Tender elan edir

Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər. 

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. 

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 1700333371

Bank: "Kapital Bank" 1 saylı Səbail rayon filialı

Bank VÖEN: 9900003611

Müxbir hesab:

AZ37NABZ01350100000000001944

Kod: 200059

SWIFT: AIIBAZ2X

İBAN: AZ11AIIB33070019443500242105

İştirak haqqı 2000 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri 

2. Tender təklifi 

3. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı 

4. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış 

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti 

7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır. 

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə  texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib  Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11.04.2022-ci il tarixi saat 11:00-a qədər Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Cənub buxtası 3, 328 Saylı Hərbi Hissənin inzibati binasına, telefon: (+99412) 4801760 təqdim etməlidirlər. Tender təklifi isə 19.04.2022-ci il saat 11:00-a qədər qeyd olunan ünvana təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 20.04.2022-ci il tarixi saat 11:00-da Bakı şəhəri, Cənub buxtası 3, 328 saylı Hərbi Hissənin inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.