Prezidentin Mətbuat Xidmətinin məlumatı
Məlumat

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olundu.

Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulandı.