Kotirovka
Reklam və elanlar

Kotirovka

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" Publik Hüquqi Şəxsi laborator müayinələr üçün nümunələrin götürülməsi xidmətinin satın alınması üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və kotirovka sorğusu haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyən təşkilatlar Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli 396 nömrəli Qərarı ilə müəyyən edilən məbləğdə iştirak haqqı ödənişini etdikdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 AZN təşkil edir və heç bir halda geri qaytarılmır.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Forma 2 və Qiymət cədvəli (Əlavə 1) - Kotirovka təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

2. Malgöndərənin (podratçının) Nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə təqdim edilməlidir;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətləri - əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə təqdim edilməlidir;

4. Təsdiqlənmiş bank rekvizitləri - faktiki ünvanı göstərilməklə təqdim edilməlidir;

5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış - 1 aprel 2022-ci il tarixindən sonrakı tarixə bank tərəfindən təqdim edilmiş arayış olmalıdır;

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış - 1 aprel 2022-ci il tarixindən sonrakı tarixə təqdim edilmiş arayış olmalıdır;

7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd - Statistika komitəsi tərəfindən əldə edilmiş olmalıdır;

8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - 1 aprel 2022-ci il tarixindən sonrakı tarixə təqdim edilmiş olmalıdır;

9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - 1 aprel 2022-ci il tarixindən sonrakı tarixə təqdim edilmiş arayış olmalıdır;

10. Müvafiq tibbi fəaliyyətin həyata keçirilməsinə dair lisenziyanın surəti - Müvafiq orqanın rəsmi blankında təqdim edilmiş olmalı və ya elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması təqdim edilməlidir. Lisenziya şirkətin özünə aid olmalıdır;

11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - 1 aprel 2022-ci il tarixindən sonrakı tarixə təqdim edilmiş arayış olmalıdır.

Malgöndərənlər (podratçılar) kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 21.04.2022-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22.04.2022-ci il saat 12:00-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Kotirovka sorğusunda iştirak, kotirovka təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.