Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 375 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 211 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 775, indiyə qədər isə ümumilikdə 6 milyon 750 min 860 test icra olunub.

AZƏRTAC