TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin tələbatı üçün Rəngli-rekvizitli zərflərin (lot-1), Çap məhsullarının (lot-2), Təsərrüfat mallarının (lot-3), Dəftərxana ləvazimatının (lot-4), Mebel-inventarın (lot-5), Müxtəlif növ avadanlığın (lot-6) və dərman, sarğı ləvazimatının və materiallarının (lot-7) satın alınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlərin (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prodedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını müvafiq hesaba köçürdükdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1 - 150 AZN

Lot 2 - 350 AZN

Lot 3 - 250 AZN

Lot 4 - 350 AZN

Lot 5 - 350 AZN

Lot 6 - 250 AZN

Lot 7 - 350 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

9. Podratçının müəyyən etdiyi digər sənədlər

10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06.05.2022-ci il tarixdə saat 11:00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini 18.05.2022-ci il tarixdə (lot-1 saat 11:00-dək, lot-2 saat 10:00-dək, lot-3 saat 17:00-dək, lot-4 saat 16:00-dək, lot-5 saat 15:00-dək, lot-6 saat 13:00-dək, lot-7 saat 10:00-dək) PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.05.2022-ci il tarixdə (lot-1 saat 11:00-da, lot-2 saat 12:30-da, lot-3 saat 17:30-da, lot-4 saat 16:30-da, lot-5 saat 15:30-da, lot-6 saat 14:30-da, lot-7 saat 12:00-da) açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.