TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Lift ehtiyat hissələrinin satınalınması üzrə "Lifttəmir" İstehsalat Birliyinin "Baklift-1" İxtisaslaşdırılmış İstehsalat İdarəsi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

26.04.2022-ci il saat 17:00

Tender 1 lot üzrə keçirilir:

LOT 1 - Lift ehtiyat hissələrinin satınalınması.

 Tender iştirakçılarına təklif edilir ki, www.e-tender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən iddiaçılar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə və təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı (manat)

Lot 1   350 (üç yüz əlli) manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab            AZ86IBAZ38060019449873158206

VÖEN            1400284261

Bank "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialı

Kodu  805540

VÖEN 9900001881

M/H AZ03NABZ01350100000000002944

SWIFT IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet PORTALI VASİTƏSİLƏ elektron qaydada təqdim etməlidirlər:

1. İddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

4. İddiaçılar Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış

5. İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

6. İddiaçıların son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış

7. İddiaçıların mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlumat.

Tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. İddiaçıların səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 20 may 2022-ci il saat 13:00 tarixinə qədər; tender təklifini və tender təklifinin bank təminatını isə 31 may 2022-ci il saat 17:00 tarixinə qədər PORTALI VASİTƏSİLƏ elektron qaydada təqdim etməlidirlər. İddiaçıların təklifləri 1 iyun 2022-ci il saat 13:00-da dövlət satınalmalarının vahid internet PORTALI VASİTƏSİLƏ elektron qaydada açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL VASİTƏSİLƏ tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL VASİTƏSİLƏ aparılır.


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti

Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsi (Əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, telefon: + 99 412 431 47 67/87 - daxili 1087, E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, telefon: + 99 412 431 47 67 - daxili 2259, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Su şəbəkəsinin tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) AZN

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti

VÖEN: 9900001751

Bank: "Kapitalbank" ASC-nin 1 saylı Nəsimi filialı

Kodu: 200112

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi

AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi

AZ55AIIB33170018401100216111

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

- Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (Əlavə №19);

- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

- Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (Son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ümumi məbləği 4 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (01 yanvar 2017 - 31 dekabr 2021) ərzində ən azı 6 milyon AZN dövriyyə tələb olunur) və TMV 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 iyun 2022-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 iyun 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində 13 iyun 2022-ci il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.