Minnətdarlıq
Sosial həyat

Minnətdarlıq

Bu günlərdə nəvəmiz - 2 yaşına təzəcə qədəm qoymuş Hüseynov Nofəl Rasim oğlunun vəziyyəti qəflətən pisləşdi. O, çətinliklə nəfəs alır, hərarəti yüksəlir, bir an olsun sakitləşmək bilmirdi. Özümüzü çarəsiz vəziyyətdə hiss edirdik. Ailə üzvlərimizin hər biri qorxu və təlaş içində idi. Körpəni Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına çatdırdıq. Xəstəxanada dərhal körpə Nofəli müayinə etdilər, baş həkim Hafiz Abdullayevin rəhbərliyi ilə konsilium keçirildi. Gənc həkim Emiliya Əliyeva vaxt itirmədən müalicəyə başladı. Tibbi müdaxilədən sonra körpənin vəziyyəti normallaşdı.

Bir neçə gün ərzində xəstəlikdən əsər-əlamət qalmadı. İndi körpə Nofəlin vəziyyəti əvvəlkindən  bir qədər yaxşıdır.

Hörmətli redaksiya, gənc həkim Emiliya Əliyevaya,  tibb bacısı Sevda İbrahimovaya, 2 saylı Uşaq Xəstəxanasının bütün tibb personalına öz adımızdan və Nofəlin atası və anası adından dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizdə səhiyyə sahəsinə göstərdikləri qayğıya, eləcə də savadlı kadrların yetişdirilməsi üçün yaratdıqları şəraitə görə təşəkkür edirik.

Göygöl şəhər sakinləri:

baba - Nofəl HÜSEYNOV,

nənə - Xalidə HÜSEYNOVA.