Son sutkada Azərbaycanda  COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda  COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 818 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 61 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 351, bu günə qədər isə ümumilikdə 6 milyon 823 min 23 test icra olunub.

AZƏRTAC