Bildiriş
Reklam və elanlar

Bildiriş

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin "Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının, istehsal vasitələrinin (mineral gübrələrin, pestisidlərin, toxumların, texnikaların və s.) saxlama anbarlarının, satış və servis mərkəzinin tikintisi" üzrə işlərin satınalınması ilə əlaqədar 2022-ci il 11 may tarixində keçirilməsi nəzərdə tutulan açıq tenderdə qiymət təklifi təqdim etmiş malgödərənlərin sayı üçdən az olduğu üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinin tələbinə əsasən açıq tenderin davamından imtina edilmişdir.


BİLDİRİŞ

"Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı 30 iyun 2022-ci il tarixində, saat 10:00-da "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin İnzibati Binasının (Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə) Akt Zalında keçiriləcəkdir.

Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. Cəmiyyətin 2021-ci il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi.

2. Mənfəətin istifadəsinə dair.

3. Cəmiyyətin Müşahidə Şurasının tərkibinin və sədrinin seçilməsi.

4. Cəmiyyətin Təftiş Komissiyasının tərkibinin və sədrinin seçilməsi.

Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin İnzibati Binasında (AZ1108, Bakı şəhəri, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə), 22 №-li otaqda tanış olmaq olar.

Tel.: 012 567-00-76


BİLDİRİŞ

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş Mövcud printerlər üçün kartriclərin alınması, dolumu və texniki xidmətlərin satınalınmasına dair kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma üzrə Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, 6 mkr, ev 10, mənzil 1 ünvanında qeydiyyatda olan "Best Tech" MMC qalib seçilmişdir. Həmin şirkətlə 05.05.2022-ci il tarixində 21 129,08 (iyirmi bir min yüz iyirmi doqquz manat, 08 qəpik) manat (ƏDV daxil) məbləğində müqavilə imzalanmışdır.